Məktəbimiz "Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı zona turunda uğur qazanaraq Respublika turunda iştirak etmək hüququ qazanıb.

08 dekabr 2015-ci il tarixdə Bakı şəhəri, 164 №-li tam orta məktəbin Akt zalında "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yertirilməsi və məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2015-ci ildə " Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı zona turu keçirildi. Bakı şəhər ümumtəhsil məktəbləri arasında keçirilən “Bilik yarışı”nın ümumi nəticəsinə görə Pirallahı rayonunu təmsil edən 186 №-li tam orta məktəbin “Zəfər" komandası uğur qazanaraq 10 dekabr 2015-ci il tarixdə keçiriləcək “Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Respublika turunda iştirak etmək hüququ qazandı.Məktəb rəhbərliyi adından məktəbin bütün kollektivini və komandanın hər bir üzvünü- XI b sinif şagirdləri -Əsgərov Ceyhunu və Biləndərli Səmayəni , IX a sinif şagirdi Mustafayev Kamranı , IX b sinif şagirdi Musayeva Güneli, VIII a sinif şagirdi Novruzlu Ayseli təbrik edir, 10 dekabr 2015-ci il tarixdə " Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Respublika turunda uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi