Məktəbimizdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə seminar keçirildi.

Təhsil müəssisələrində " Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun məktəbimizdə Unudulmaz Generalın həyat və fəaliyyətinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin Hərbi rəhbəri Oktay İsmayılov Cəmşid Naxçıvanskinin haqqında çıxış edərək, şagirdlərə geniş məlumat çatdırdı. Məktəbin fiziki tərbiyə müəllimi Qarabağ müharibəsinin iştirakçısı Mübariz Xudaverdiyev çıxışında Azərbaycan oğullarının qəhrəmənlıqlarından və öz döyüş yolundan danışdı. Tarix müəllimi Əliyeva Nailə görkəmli hərbçinin Azərbaycan tarixində əvəzedilməz rolundan danışaraq, xalqımızın tarixinə işıq tutdu. Sonra generalın həyatından bəhs edən film nümayiş olundu. Sonda məktəb direktoru tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi, məktəblilərimizə Vətəni sevməyi, onun hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olmalarını, hərb işini dərindən öyrənməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi