"Dünya şöhrətli siyasətçi"

     O kəslər tarixi şəxsiyyətə çevrilir ki, onlar tarix yaratmağı bacarırlar.Belə tarixi şəxsiyyətlərdən biri də Müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın ümumimilli lideri Heydər Əlirza oğlu Əliyevdir.12 dekabr  Ulu öndərimizin anım günüdür.Bu gün Azərbaycanın hər yerində olduğu kim məktəbimizdə də Ulu öndərimizin əziz xatirəsi yad edildi. Heydər Əliyev dahi şəxsiyyətlərə məxsus mənalı, mürəkkəb, mübarizələrlə dolu şərəfli bir ömür yaşadı.Xalqına, dövlətinə fədakarcasına, təmənnasız xidmət göstərdi və özündən sonra mənalı ömrünü həsr etdiyi şah əsərini – Müstəqil Azərbaycan dövlətini qurub getdi.Memarı və qurucusu olduğu Müstəqil Azərbaycan yaşadıqca  Ümummilli liderimiz Heydər Əliyev qəlblərdə əbədiyyətə qovuşacaq və yaşayacaqdır.

     Məktəbimizin şagirdləri Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı Rayon Təşkilatının təşkil etdiyi anım tədbirlərində də şeir kompazisiyaları ilə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi