Şagirdlərimiz Beynəlxalq "Bebras" müsabiqəsində fəal iştirak etdilər.

Bebras İnformatika Müsabiqəsi beynəlxalq Bebras təşəbbüsünün ərsəyə gətirdiyi bir müsabiqədir. Bu müsabiqə məntiqi oyunlar və suallar vasitəsilə İnformatika və Alqoritmik düşüncə tərzinin inkişafına dəstək verir.Bebras müsabiqəsi dünyanın 35-dən çox ölkəsində keçirilməkdədir və bu say hər il artmaqdadır. Azərbaycan bu müsabiqəyə 2012-ci ildə qoşulmuş və Azərbaycan məktəbliləri ilk dəfə olaraq Beynəlxalq Bebras Həftəsində 2014-cü ildə, 82 məktəbdən olmaqla 4184 şagirdlə iştirak etmişdir.Hal-hazırda Bakı, Sumqayıt, İsmayıllı, Mingəçevir, Laçın və Lerik rayonlarından bir neçə məktəb müsabiqəyə qoşulmuşdur.Bebras (Qunduz) İnformatika və Kompüter vərdişləri üzrə beynəlxalq müsabiqədir.Hər il təqribən 400.000-dən çox şagird dünyanın bir çox ölkələrində Bebras müsabiqəsində iştirak edir, müəllimlər onların bu sahədə biliklərini qiymətləndirirlər. Müsabiqənin əsas məqsədi oyunlar və əyləncə xarakterli məsələlərlə İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsinə şagirdlərin marağını oyatmaqdır. Məsələlər elə formada tərtib olunur ki, şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın. Elə müsabiqənin əsas məqsədi də xüsusi bilikləri olmayan, lakin təfəkkürləri İT sahəsində güclü ola biləcək şagirdləri qiymətləndirməklə aşkar etməkdir. Bu müsabiqədə şagirdlərin informasiya texnologiyaları üzrə təfəkkürləri və kompüter vərdişləri test vasitəsilə yoxlanılır və qiymətləndirilir. Suallar testlər şəklindədir və heç bir dərin informatika bilikləri, proqramlaşdırma bilikləri tələb etmir. Bu da bizim üçün paytaxtdan kənarda olan məktəblərdən şagirdlərin məntiq və təfəkkürlərini qiymətləndirməklə istedadlı şagirdləri seçməkdə böyük köməklik göstərəcək. Daha sonra həmin şagirdlər Azərbaycanın İnformatika üzrə Olimpiada komandasının rəhbərləri tərəfindən bir neçə il müddətində hazırlaşdırılaraq Beynəlxalq İnformatika Olimpiadalarında (İOİ) iştirakı üçün lazımı dəstəyin verilməsi nəzərdə tutulub. Bu il şagirdlərimiz Beynəlxalq "Bebras" müsabiqəsində fəal iştirak etdirlər. Məktəbin informatika müəllimi Sevinc Məmmədova şagirdlərin bu müsabiqədə iştrakını təmin etmək üçün şagirdlərə istiqamət verdi. Keçən il məktəbimizdən yalnız 7 şagird bu müsabiqəyə qoşulduğu halda, bu il iştrak edən şagirdlərin sayı 67 - yə çatdı. Onlardan 16 - sı rus, 51 - i azərbaycan bölməsinin şagirdləridir.Məktəb rəhbərliyi şagirdlərin bu uğurunu yüksək qiymətləndirdi və şagirdlərə sertifikatların təqdim edilməsində iştrak etdi. Bu şagirdlərdə ruh yüksəkliyi yaratdı.Biz məktəb kollektivi adından şagirdlərimizi təbrik edir, onların uğurlarının davamlı olmasını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi