IV a sinfinin virtual olaraq qədim Azərbaycan türbələrinə səyahəti

Məktəbdə ibtidai siniflər üzrə «Fənn aylığı» davam edir. «Fənn aylığı» çərçivəsində növbəti açıq dərs 07 dekabr 2015-ci tarixdə məktəbin ibtidai sinif müəllimi, bacarıqlı, təcrübəli müəllim sinfdənxaric və məktəbdənkənar tədbilərdə fəal iştirak edən IV a sinfinin sinif müəllimi Həqiqət Nuriyevanın təsviri incəsənət fənnindən “Məqbərə” mövzusunda keçirdiyi açıq dərs oldu.Açıq dərsdə məktəb rəhbərliyi ,müəllimlər iştirak etdi.Müəllim açıq dərs zamanı Prometan lövhə vasitəsilə qədim Azərbaycan türbələri haqqında şagirdləri məlumatlandırdı və Azərbaycan türbələrini özündə əks etdirən videoçarx nümayiş etdirdi.Sonra şagirdlər qruplar üzrə qədim Azərbaycan türbələrinin naxışlarından nümunələr çəkərək təqdim etdilər, öz qabiliyyətlərini, rəsmə olan maraqlarını, Azərbaycan incəsənətinə və mədəniyyətinə olan sevgilərini nümayiş etdirdilər.Biz də məktəb kollektivi olaraq Həqiqət müəlliməyə işlərində müvəffəqiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi