Şagirdlərimiz "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" nin II mərhələsinin qalibi oldu

    06.12.2017-ci il  tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" nin II mərhələsi  keçirilib. Pirallahı rayonu üzrə müsabiqə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Pirallahı rayonunda yerləşən binasında baş tutub.

       Məktəblilərin fizika   fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edib.

      II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla  müəyyənləşdirilib.

Müsabiqənin yekun nəticəsinə görə 186 №-li tam orta məktəbin komandası Pirallahı rayonu üzrə I yer qazanaraq, müsabiqənin III mərhələsində iştirak etmək hüququ qazanıbdır.

 Məktəbin fizika müəllimləri Dilarə Quliyevanı, Arzu Əliyevanı, şagirdlər- XI sinif şagirdi Günel Məmmədovanı, Aysel Novruzlunu, Həsən Şahbazlını məktəb kollektivi adından təbrik edir, III mərhələdə uğurlar arzulayırıq!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi