“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş seminar keçirildi

1 dekabr 2017-ci il tarixdə məktəbdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş "Məişət zorakılığına son! " adlı maarifləndirici tədbir keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehman Həşimli tədbirin əhəmiyyəti haqqında və ölkəmizdə uşaqlara və qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı. Azərbaycanda ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyən M.Həşimli diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Natiq qeyd etdi ki, məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul olunmasında Azərbaycanın birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu və fəaliyyəti xüsusi qeyd edilməlidir. Diqqətə çatdırıldı ki, ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb.
    Tədbirdə çıxış edən Pirallahı rayon Polis Şöbəsinin əməkdaşı Bəhruz Musayev, məktəbin direktoru Şakir Mikayılov və  müavini Həcər Ramazanova xalqımızın adət-ənənələrində qadına yüksək dəyər verildiyini vurğulayaraq, bu dəyərlərin qorunub saxlanmasının vacibliyini qeyd etdilər. Zorakılıq halları ilə mübarizədə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti haqqında danışdılar.
    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi