"QİÇS – cəmiyyətin artan bəlası"

30 noyabr 2017-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə "QİÇS – cəmiyyətin artan bəlası" şüarı altında maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, müəllimlər və məktəblilər iştirak etdilər.

Tədbiri giriş sözü ilə Pirallahı RİH-nin Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov açaraq bildirdi ki, QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən Azad Namazov Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışdı. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməli olduğunu vurğuladı. Natiq qeyd etdi ki, insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur. Hamıya “ağ ölüm” kimi məlum olan narkomaniya insanları təkcə sağlam həyat tərzindən məhrum etmir, həm də cəmiyyətin sosial-iqtisadi inkişafına da mənfi təsir göstərir, eləcə də cinayətkarlığa zəmin yaradır. Beləliklə, sağlam cəmiyyət və güclü dövlətin təməlini təşkil edən ailələr təhlükəli meyillər nəticəsində dağılır, bu da öz növbəsində dövlət və cəmiyyət üçün arzuolunmaz hal sayılır.

Tədbirdə Pirallahı rayon Polis Şöbəsinin əməkdaşı Bəhruz Musayev, məktəbin direktoru Şakir Mikayılov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Elxan Süleymanov çıxış edərək QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdilər. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarifləndirici tədbirlərin keçirildiyini qeyd edərək bildirdilər ki, rayonumuzda da bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olundu və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Mövzu ilə bağlı 29 noyabr 2017-ci il tarixdə də məktəbdə seminar keçirilmiş, seminarda 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Almaz Abbasova məruzə ilə çıxış etmiş, mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi