Rus bölməsinin ibtidai siniflərinin "Qızıl payız " bayramı

24 noyabr 2017-ci il tarixdə məktəbdə rus bölməsinin I-IV sinif şagirdlərinin, sinif müəllimlərinin və valideynlərinin iştirakı ilə möhtəşəm bir "Qızıl payız" bayramı keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdi.Uşaqlar və onların sinif müəllimləri tədbir iştirakçılarına payız fəslini özündə əks etdirən şeirlər, mahnılar söylədilər , rəqslər və müxtəlif səhnəciklər nümayiş etdirdilər.Şagirdlər valideynlərinin də köməkliyi ilə müxtəlif geyimlərdə, müxtəlif obrazlarla tədbir iştirakçılarında xoş təəssürat yaratdılar.Sonda çıxış edən məktəbin direktoru Şakir Mikayılov payız fəsli olmasına baxmayaraq, belə bir rəngarəng tədbir təşkil etdiklərinə görə tədbirdə zəhməti keçən hər kəsə , xüsusən də, valideynlərə məktəb rəhbərliyi adından minnətdarlığını bildirdi və onlara işlərində müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi