"Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə " mövzusunda sərgi

22 Noyabr 2017-ci il tarixində Gənclər və İdman Nazirliyi və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın birgə təşkilatçılığı ilə “Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda sərgi təşkil olunmuşdur.Sərgidə Gənclər və İdman naziri Azad Rəhimov və İDEA İctimai Birliyinin təsisçisi və sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişlər. Onlar sərgi iştirakçılarının işləri ilə tanış olmuş, gənc rəssamlarla xatirə şəkli çəkdirmişlər. Sərginin keçirilməsində məqsəd – gənclərin ekoloji sahəyə marağını artırmaq və maarifləndirmək, onların yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığını stimullaşdırmaqdır.Sərgidə 186 №-li tam orta məktəbin VIII  sinif şagirdi Selcan Abbaslı, VIII  sinif şagirdləri Janna Əliyeva, Nərminə Salahova iştirak etmiş, fəala iştiraklarına görə diplomla təltif edilmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi