Qızıl payız

İbtidai siniflərdə fənn aylığı davam edir.Fənn aylığı çərçivəsində növbəti tədbir məktəbin IV a sinif şagirdlərinin payız fəslinə həsr etdikləri sinifdənxaric tədbir oldu.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər.IV a sinif şagirdləri bir-birindən maraqlı, əhatəli çıxışları ilə tədbir iştirakçılarında xoş təəssürat yaratdılar.Tədbirdə fənlərarası əlaqəyə də geniş yer verildi.Şagirdlə bol-bəhrəli Azərbaycan torpağının nemətlərindən danışdılar və payız fəslinə aid olan nemətləri nümayiş etdirdilər.Biz də məktəb kollektivi olaraq IV a sinfinin sinif müəllimi Həqiqət Vəliyevaya və valideynlərə təşəkkürümüzü bildirir,müştərək əlaqələrinin davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi