Bakıda müəllimlərin Beynəlxalq Konfransı keçirilib

16-17 noyabr 2017-ci il tarixlərində  Bakıdakı Avropa Azərbaycan Məktəbində “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı keçirilib. 

 Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Konfransda üç tanınmış beynəlxalq məruzəçi -

Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mett Bromli və Tristan Stobi iştirak ediblər.Əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də

 bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçiriblər.Konfransda beynəlxalq səviyyəli qabaqcıl təhsil mütəxəssislərinin peşəkar təlim və

 inkişafa dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaranmışdır.1-ci Konfransda olduğu kimi məktəbin riyaziyyat-informatika  müəllimi Aygün Babayeva 2-ci Konfransda da  iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi