Komandamız "Ekoerudit" məktəblilərin Respublika ekoleji breyn-rinq bilik yarışının rayon mərhələsinin qalibi oldu

27 noyabr 2015-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu, 186 №-li tam orta məktəbin Akt zalında "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yertirilməsi və məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2015-ci ildə " Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının rayon mərhələsi keçirildi.Rayon mərhələsində Pirallahı rayon ümumtəhsil məktəbləri üzrə 5 komanda iştirak edirdi.Rayon mərhələsinə cavabdeh 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevda Bəşirova idi və suallar da 29 saylı Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmışdır.Bilik yarışının ümumi nəticəsinə görə 186 №-li tam orta məktəbin " Zəfər" komandası qalib gələrək 3-5 dekabr 2015-ci il tarixdə keçiriləcək " Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı şəhər zona turunda iştirak etmək hüququ qazandılar. 186 №-li tam orta məktəbin komanda rəhbəri Həcər Ramazanovanı və komandanın üzvləri-XI b sinif şagirdləri -Əsgərov Ceyhunu və Biləndərli Səmayyəni , IX a sinif şagirdi Mustafayev Kamranı , IX b sinif şagirdi Musayeva Güneli, VIII a sinif şagirdi Novruzlu Ayseli təbrik edir, Bakı şəhər zona turunda uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi