“Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyada iştirak edən məktəblilərin yolasalma mərasimi keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir. Həmin tədbirlər çərçivəsində 11 noyabr 2017-ci il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən 40 nəfər şagirdinin yolasalma mərasimi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH əməkdaşları, ziyalılar, məktəb direktorları, KIV nümayəndələri, valideynlər iştirak etdilər. “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Pirallahı rayon məktəbliləri bu dəfə Qədim Nizami yurduna səfər edəcəklər. Onlar Gəncənin yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Tur-aksiyanın iştirakçıları şəhərin tarixi məkanlarına – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsini görəcəklər.Qeyd edək ki, məktəblilərin ekskursiyası noyabr ayının 14-nə kimi davam edəcəkdir. Bu tur-aksiya çərçivəsində səfərə çıxan Pirallahı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Gəncə şəhəri ilə tanışlıqdan sonra Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi