"Bayrağımız qürur mənbəyimizdir!"

08 noyabr 2017-ci il tarixdə 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə məktəbin ingilis dili müəllimi, ingilis dili müəllimi Məquzər Quliyevanın təşkilatçılığı ilə "Bayrağımız qürur mənbəyimizdir!" adlı tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Məktəb direktoru Şakir Mikayılov tədbir iştirakçılarını salamlayaraq çıxışında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adından, həm də məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlığını bildirdi və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, Azərbaycan bayrağını daim yüksəklərə qaldıra biləcək gənclər yetişdirəcəklərini bildirdi. Tədbirdə çıxış edən məktəb şagirdləri , öz bayram sevinclərini oxuduqları mahnılar, ifa etdikləri rəqslər və səhnəciklər, söylədikləri şeirlərlə bildirdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi