XI sinif şagirdlərinin əyləncəli anları

Məlum olduğu kimi 20 noyabr 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası” qəbul olunmuşdur.Azərbaycan 2 Mart 1992-ci il tarixdə BMT-yə üzv olmuş, elə həmin ilin 21 iyul tarixində “Uşaq Hüquqları Konvensiyası” na qoşulmuşdur. BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr 2017-ci il tarixlərində respublikamızda “Uşaq hüquqları” aylığı elan olunmuşdur.Aylıq çərçivəsində məktəbdə uşaq hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsində bir çox tədbirlər həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, mütəmadi olaraq sinif təşkilat saatlarında “Uşaq Hüquqları Konvensiyası” haqqında şagirdlərə məlumatlar verilmiş, öz hüquqları və hüquqlarını qorumaq yolları onlara öyrədilmişdir və öyrədilməsi davam etdirilir. Mütəmadi olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə dərsdən yayınan uşaqlarla və onların valideynləri ilə söhbətlər aparılmış, onların məktəbə cəlb edilməsində müvafiq tədbirlər görülmüşdür.Uşaqların hüquqlarından biri də "Uşaq Hüquqları Haqqında Konvensiya" nın "31 -ci maddəsində qeyd edilən "İstirahət hüququdur" .Uşaqların asudə vaxtlarının səmərli təşkil edilməsi valideynlərin və məktəbin borcudur.Elə bu məqsədlə də 30 oktyabr 2017-ci il tarixində məktəbin XI sinif şagirdləri Bakı Paintball Mərəzində olublar.Açıq meşəlik ərazidə yeni silahlarla və hər ölçüdə yeni formalarla real döyüş həyəcanı yaşayan şagirdlər gəzintidən böyük təəssüratla qayıtmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi