“Su –həyatın özüdür”, "Təmiz əllər- sağlamlığın rəhnidir”

 15 oktyabr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və UNİSEF tərəfindən “Təmiz əllər həyatımızı xilas edir” devizi altında Ümumdünya təmiz əllər günü elan olunması münasibətilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış “Əllərin gigiyenası” mövzusunda 26 oktyabr 2017-ci il tarixində məktəbin akt zalında maarifləndirici tədbirlər keçirilmişdir.Tədbirdə Pirallahı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Samirə Cabbarova, Şəbnəm Məlikova, Aygün Xudaverdiyeva, məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, tibb bacısı Marina Lipina, müəllimlər və şagirdlər, ümumilikdə, 450 nəfər iştirak etmişdir. Tədbirdə yuxarı sinif şagirdləri üçün “Su həyatın özüdür.Təmiz əllər-sağlamlığın rəhnidir” mövzusunda , ibtidai sinif şagirdləri üçün isə “Təmiz əllər –sağlamlığın rəhnidir” mövzusunda mühazirələr söylənilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi