I b sinif şagirdləri rəqəmlərin dili ilə danışdılar.

6 noyabr 2015-ci il tarixdə məktəb Pedaqoji şurasında gündəlikdə duran məsələlərdən biri də fənn aylıqlarının keçirilməsi məsələsi idi.Belə ki, məktəb Pedaqoji şurasının qərarı ilə 2015-2016-cı tədris ilinin noyabr ayının 10-dan etibarən məktəbdə məktəbdaxili fənn aylıqları keçiriləcək.İlk fənn aylığı ibtidai siniflər üzrə keçiriləcək.Artıq noyabr ayının 10-dan başlayaraq fənn aylığı çərşivəsində məktəb rəhbərliyi dərslərdə iştirak edərək dəsdinləmələr aparmış, ibtidai sinifdə dərs deyən müəllimlərin dərslərini müzakirə edərək tövsiyələr vermişdir.Dərsdinləmələrdən əlavə fənn aylığı çərçivəsində ibtidai siniflərdə müxtəlif adda tədbirlərin , müsabiqə və yarışların , açıq dərslərin keçirilməsi nəzərdə tutulur.İlk açıq dərs məktəbin I b sinfinin ibtidai sinif müəllimi, gənc olmasına baxmayaraq təcrübəli, bacarıqlı bir kadr kimi məktəb kollektivi tərəfindən sevilən Pərvanə Nağızadənin riyaziyyat fənnindən "Rəqəmlərin dili ilə danışaq" mövzusunda keçirdiyi açıq dərsi oldu.Açıq dərsdə məktəb rəhbərliyi, müəllimlər iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi