"Konstitusiya günü " nə həsr edilmiş tədbir

Ölkəmizin tarixində əlamətdar hadisələrdən biri olan Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə 186 №-li tam orta məktəbdə silsilə tədbirlər keçirilib. 02-05 noyabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikasının Konstitusiyasının 20 illiyi münasibətilə məktəbdə inşa yazı və rəsm müsabiqələri , 12 noyabr 2015-ci il tarixdə isə IX-XI sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etdi. Seminar Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edildi.Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Hüseynov Yaqub müstəqil Azərbaycanın əsas qanunu – 12 noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar tədbir iştirakçılarını təbrik etdi, bu hadisənin Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri olduğunu vurğuladı. Bildirildi ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə umummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 19 ili tamam olur. Ümumxalq referendumu əsasında qəbul edilmiş Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu, milli və ümumbəşəri dəyərləri özündə əks etdirən bu sənəd haqlı olaraq hər bir azərbaycanlıda, bütün vətəndaşlarımızda qürur və iftixar hissi doğurur.Tədbirin sonunda sual-cavab aparıldı, məktəbdə keçirilən müsabiqələrdə uğur qazanan şagirdlər fəxri fərmanla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi