"Hüseyn Cavid və müasir gənclik"

Oktyabrın 23-də AMEA-nın Əsas binasında Nizami adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr olunan "Hüseyn Cavid və müasir gənclik" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfransının materiallarını əhatə edən topluda Azərbaycan, Türkiyə, Misir, İran, Özbəkistan alimlərinin, gənc tədqiqatçılarının Cavid yaradıcılığı haqqında araşdırmaları nəşr olunmuşdur.Məruzələr seçilərkən Cavid irsinə yanaşma bucağını əks etdirən materiallara üstünlük verilmişdir.Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərovanın "Hüseyn Cavid yaradıcılığında antroponimlər ("Ana" pyesi əsasında ) məruzəsi seçilən məruzələrdən biri olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi