Mini-futbol yarışına start verilib

12 oktyabr 2017-ci ilində Pirallahı məktəbliləri arasında  futbol üzrə rayon birinciliyi keçirildi. Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı rayonundakı 186 №-li məktəbin həyətində qurulmuş süni örtüklü idman meydançasında keçirilən turnirdə rayonun 186, 235, 243, 168 və 231 №-li tam orta məktəblərinin futbol komandaları öz qüvvələrini sınadılar. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının 25 illik tarixinə qısa nəzər salaraq partiyanın qazandığı uğurlardan bəhs etdi. H.Şikarov vurğuladı ki, YAP-ın bütün fəaliyyəti Azərbaycan xalqının xoşbəxt yaşamasına və dövlətimizin inkişaf etməsinə xidmət edir. Natiq bildirdi ki, Azərbaycan artıq bütün dünyada bir idman dövləti kimi tanınır. Ölkəmizdə idmanın inkişafı, əhali arasında sağlam həyat tərzinin təbliği prioritet məsələlərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi