Mənim bayrağım

Bayraq mənliyimdir, bayraq kimliyim.Bayraq öz yurduma , öz hakimliyim.Bakı şəhəri, 186 №-li tam orta məktəbdə 9 Noyabr “Dövlət bayrağı günü” münasibətilə silsilə tədbirlər keçirilmişdir.Növbəti tədbir 6 noyabr 2015-ci il tarixdə məktəbin akt zalında ibtidai sinif şagirlədlərinin iştirakı ilə “Mənim bayrağım” mövzusunda keçirildi.Tədbirdə məktəb rəhbərliyi, ibtidai sinif müəllimləri və şagirdləri, valideynlər iştirak etdi.Tədbirdə şagirdlər Dövlət bayrağımıza həsr edilmiş şeirlər , mahnılar söyləyərək bayrağımıza olan sevgilərini nümayiş etdirdilər.Onlar bayramın daha da maraqlı olması üçün milli rəqslər də ifa etdilər.Tədbirin sonunda Azərbaycan bayrağının keçdiyi tarix yolunu özündə əks etdirən videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi