Valideyn İcmasının iclası keçirilib

02 oktyabr 2017-ci il tarixdə məktəbdə 2016-2017-ci tədris ilinin yekunlarına və 2017-2018-ci tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş ümumməktəb valideyn icmasının iclası keçirildi.İclasda məktəbin direktoru Şakir Mikayılov, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva , tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, Uşaq Birliyi Rəhbəri Aynur Rzayeva məktəb üzrə valideyn icmasının sədri Teyfə Abbasova, sinif rəhbərləri və bir qrup valideyn iştirak etdilər.İclası giriş sözü ilə açan tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova keçən tədris ilindəki uğurlardan danışaraq , qarşıdakı vəzifələri iclas iştirakçılarının nəzərinə çatdırdı, 2017-2018-ci tədris ilində valideyn icmasına sədrin və üzvlərin seçilməsini təklif etdi.Valideyn Həsənova Təranə valideynlər adından bildirdi ki, növbəti tədris ilində də Teyfə Abbasovanın yenidən valideyn icmasına sədr seçilməsini təklif edirlər.Təklif səsə qoyuldu və hamılıqla qəbul edildi. Məktəbin direktoru Şakir Mikayılov çıxışında növbəti tədris ilində hər kəsə can sağlığı və işlərində uğurlar arzulayaraq 2017-2018-ci tədris ili üçün məktəbin Fəaliyyət Planını sinif rəhbərlərinin və valideynlərin nəzərinə çatdırdı.O bildirdi ki, Fəaliyyət Planını layiqincə yerinə yetirmək üçün valideynlərin məktəblə mütəmadi əlaqədə olması vacib amillərdən biridir və buna görə də valideynlərə öz tövsiyə və təkliflərini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi