Mükafatlandırma

29 sentyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qərargahının akt zalında Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının Qadınlar Şurasının II Konfransı keçirilmişdir. Konfransda 55 nəfər iştirak etmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, Filologiya elmləri doktoru, professor Nurlana xanım Əliyeva , Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini ,Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, YAP Qadınlar Şurasının sədrinin müavini Sevinc xanım Fətəliyeva və digər fəxri qonaqlar iştirak etmişdir. Dəvət olunan qonaqların çıxışlarından sonra partiyanın fəal üzvlərinə Fəxri Fərmanlar verilmişdir. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova da Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi