“Sülh naminə birləşək!”

21 Sentyabr “Beynəlxalq Sülh Günü” münasibətilə keçirilən “Sülh aylığı” çərçivəsində məktəbdə müxtəlif adda tədbirlər keçirilmişdir. Belə ki, 18-21 sentyabr 2017-ci il tarixlərində “Sülh naminə birləşək!” mövzusunda şagirdlərin əl işlərindən və müxtəlif fotolardan ibarət sərgi, sinif təşkilatı saatlarında 1) "Sülh deyəndə nə başa düşürsünüz?" , 2) "Sülh istəyirsiniz, ya müharibə?" ,3) "Sülhü necə bərqarar etmək olar?",4) "Sülh haqqında hansı əsərləri oxumusunuz?", 5) "Sülh quşu hansı quşdur?" ,6) "Hansı sülhməramlı beynəlxalq təşkilatları tanıyırsınız?" mövzularında söhbətlər, Pirallahı rayonu, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin və məktəbimizin birgə təşkilatçılığı ilə 12.09.2017 -cı il tarixdə “Sülh naminə birləşək!” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının sədri, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Hikmət Şikarov əbədi mövzu olan sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Həmçinin o, çıxışında qeyd etdi ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail olaraq, dövlətimizin sülh arzusunu ifadə etdi. Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində, 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bu aylıq çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil olunur. Bu aylıq çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər təşkil edilir. Sonda məktəbimizin şagirdlərinin ifasında sülh mövzusuna həsr edilmiş kompazisiya nümayiş etdirildi, mahnı və şeirlər söylənildi. Aylıq çərçivəsində növbəti tədbir 19 sentyabr 2017-ci il tarixdə keçirildi.Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Pirallahı Rayon Təşkilatının sədri Vüsal Babayev, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Yusibov, məktəb rəhbərliyi, 10-11-ci sinif şagirdləri və onların sinif rəhbərləri iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi