"Dalğalan, ey Bayrağım!" V A sinif şagirdlərinin bayraq sevgisi

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,Ulduzunu,ayını göydə mələklər öpər,Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,Sən ey İstiqlalımın əbədiyyət sancağı, - Azərbaycan bayrağı ! 186 №-li tam orta məktəbdə bayraq həftəsi davam etdirilir. Bu dəfə V b sinif şagirdləri Dövlət bayrağımıza olan sevgilərini 9 Noyabr "Dövlət bayrağı günü" nə həsr etdikləri ""Dalğalan, ey Bayrağım!" adlı keçirdikləri açıq sinif saatı ilə ifadə etdilər.Şagirdlər bayrağımıza , dövlətçiliyimizə həsr olunmuş bir-birindən maraqlı şeirlər, mahnılar söylədilər və kompazisiyalar nümayiş etdirdilər.Açıq sinif saatında məktəb rəhbərliyi, V A sinfinin ibtidai sinif müəllimi Tünzalə müəllimə və bir qrup valideynlər iştirak etdilər.Dövlət bayrağına şagirdlərdə sevgi aşıladığı üçün V A sinfinin sinif rəhbəri Gülçöhrə müəlliməyə məktəbimizin kollektivi adından təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi