I a sinif şagirdlərinin Dövlət Bayrağı Meydanı Kompleksinə ekskursiyası

9 Noyabr "Dövlət bayrağı günü"dür. Bu həftə Bakı şəhəri, 186 №-li tam orta məktəbdə Bayraq həftəsi keçirilir.Həftə ərzində şagirdlər Dövlət bayrağımıza, Milli atributlarımıza olan sevgilərini, idman yarışları ilə, rəsmlərlə, inşa yazılarla ,Dövlət Bayrağı Meydanına təşkil edilən ekskursyalarla, hazırladıqları ədəbi-bədii gecələrlə ifadə edirlər.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən Bakı şəhər ümumtəhsil məktəblərinin pedoqoji və şagird kollektivlərinin Dövlət Bayrağı Muzeyinə ekskursiyaları təşkil olunur. Muzeydə açıq dərslər keçirilir, təhsil müəssisələrində muzey əməkdaşları tərəfindən milli atributların öyrədilməsi ilə bağlı mühazirələr oxunur.Məktəbin I a sinif şagirdləri Dövlət Bayrağı Meydanına ekskursiya etmiş, Dövlət Bayrağı Muzeyi ilə yaxından tanış olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi