"Son zəng" çalındı

Həyata insan gəlir, bapbalaca bir insan. Bu balaca bir varlığın dünyaya gəlməsinə bütün qohum-əqrəba, nənə-baba, ata-ana sevinir...Bəli, həmin balaca insan yavaş-yavaş böyüyür, uşaqlıq illərinə qədəm qoyur. Ona cürbəcür oyuncaqlar alınır, onun əlindən tutub bağçaya aparırlar. Bu balaca insan öz uşaqlıq aləmini yaşayır. İllər keçir, uşaq məktəb yaşına çatır, onu məktəbə aparırlar..Budur ilk zəng...cingiltili səsi ilə səslənən ilk zəng.Bu ilk zəngin səsi o dərəcədə təsirlidir ki, hətta övladını 1-ci sinfə gətirən valideynlər də bu səsin təsirindən kövrəlirlər.Bəzilərinin göz yaşlarını görmək olur.Çünki onlar da haçansa bu zəngin səsi ilə doğma məktəbə qədəm qoyublar..Bəli, ilk zəng arxada qalıb.Elə bil ki , biz bu zəngi bu yaxınlarda eşitmişdik.Dünənin şagirdləri bu günün məzunlarıdır."Son Zəng" necə də təsirli səslənir.Bəli , bu gün Azərbaycanın hər yerində məktəblərdə olduğu kimi , məktəbimizdə də Son zəng çalındı.Məktəbdə möhtəşəm buraxılış tədbiri keçirildi.Şagirdlər doğma məktəblərinə əlvida dedilər.Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşları - Hikmət Şikarov, İlham Əsgərov və digər qonaqlar iştirak etdilər.Biz məktəb kollektivi olaraq məktəbi başa vuran məzunları və onların valideynlərini təbrik edir, məzunlara buraxılış və ali məktəblərə qəbul imtahanlarında uğurlar arzulayırıq.Həyat həmişə onların üzünə gülsün.Amin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi