Fövqəladə hallarda özünü necə aparmalı

23 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Piralahı Rayon İcra Hakimiyyəti və Bakı şəhəri, 186 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə 186 №-li tam orta məktəbdə “ Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, birgə fəaliyyətin uzlaşdırılmasının məşq edilməsi ilə yanaşı, məktəbin kollektivinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarət olmuşdur. Tədbiri giriş sözü ilə açan Bakı şəhəri, 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev keçirilən təlimin əhəmiyyətindən bəhs etmişdir. Daha sonra çıxış edən natiqlər “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında çıxış etmişdir. Tədbir iki hissədən- nəzəri və praktik hissələrdən ibarət idi. Nəzəri hissə məktəbin idman zalında, praktik hissə isə məktəbin həyətində baş tutdu.Tədbirin nəzəri hissəsi Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşlarının, məktəbin müəllim və şagird heyətinin birlikdə hazırladıqları “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında maarifləndirici çıxışlar , şeirlər, səhnəciklər və videoçarxların nümayişi, praktik hissə isə bütün məktəb kollektivinin və qonaqların məktəb daxilindən təxliyəsi ilə baş tutdu.Praktik hissədə məktəbin müəllim və şagird heyəti əyani olaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə tanış oldular, canlı olaraq Dövlət Yanğın Nəzarəti xidmətinin, Bakı Regional Mərkəzinin Xüsusi Xilasetmə xidmətinin, FHN Tibb xidmətinin və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının fövqəladə hallarda göstərdikləri əməliyyatlara və digər qaydalara tamaşa etdilər.Tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Piralahı Rayon İcra Hakimiyyətinin, Piralahı Rayon Polis Şöbəsinin əməkdaşları, Bakı şəhəri, 186 №-li tam orta məktəbin kollektivi və valideynlər iştirak etdilər.Məktəbimizin kollektivi adından Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşlarına, şəxsən kapitan Toğrul Vəliyevə təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi