Müstəqilliyimiz əbədidir!

“Biz xoşbəxtik ki, xalqımız azadlığa çıxıbdır. Biz xoşbəxtik ki, bizim özümüzün müstəqil dövlətimiz var. Biz xoşbəxtik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində , bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbaycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır. Müstəqil, azad Azərbaycanımıza gözəl gələcəklər arzu edirəm.”HEYDƏR ƏLİYEV Bu il müasir, güclü Azərbaycan dövlətinin müstəqilliyinin bərpa edilməsinin 24-cü ildönümü tamam olur.70 illik totalitar rejimin əsarətində yaşamağımıza baxmayaraq, xalqımızın azadlıq ruhu, müstəqillik arzusu daha da möhkəmləndi. Nəhayət, Azərbaycan xalqı 1988-ci ildə müstəqillik əldə etmək arzusunu konkret məqsəd kimi ortaya qoydu...Məlum olduğu kimi, hələ 1980-ci illərin sonlarından etibarən imperiya rəhbərliyi Azərbaycan xalqının müstəqilliyə aparan yolda ortaya qoyduğu iradənin qarşısını almaq üçün hər bir üsula əl atırdı. Xüsusilə SSRİ imperiyasının rəhbəri Qorbaçov və onun respublikamızdakı əlaltıları müxtəlif vasitələrdən istifadə etməklə, həm torpaqlarımızı parçalamağa, həm də müstəqilliklə bağlı arzularımızı beşiyindəcə boğmağa çalışırdı. Bəhs edilən dövrdə müxtəlif təxribatların törədilməsi, azərbaycanlıların qətlə yetirilməsi, bütün bunların kulminasiya nöqtəsi sayıla biləcək qanlı 20 Yanvar faciəsinin törədilməsi xalqımıza qarşı çevrilmiş antimilli siyasətin nəticələri idi. Həmin hadisələr zamanı Azərbaycan bu yolda çoxsaylı qurbanlar versə də, hər kəs üçün ali dəyər hesab olunan müstəqilliyi əldə edə bildik.XX əsrin sonlarında Azərbaycanın müstəqillik yolunda atdığı ilk siyasi-hüquqi addım isə 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamənin qəbul edilməsi oldu. Bunun ardınca, Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bununla da, Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu.Bir sözlə, müstəqilliyimizin 24-cü ildönümünü qeyd edərkən qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, qəhrəman insanlarımızın qanı bahasına qazanılmış Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi