"Birinciyik, hamının sevinciyik!"

“Bar verən ağac başını gövdəsinə əyər”. Baş əymək- qədirbilənlikdir, baş əymək ucalıqlara çatdırana minnətdarlıqdır. Hər zirvənin başlandığı ilk pillə var. Yüksəkliyə gedən yol oradan başlanır. İlk sinif müəllimimiz, adınız qarşısında baş əyirik. Nə qədər ki, biz varıq, o zamana qədər siz də yaşayacaqsınız. Bəli , ilk müəllimlərimiz -bizə " Ana" ," Vətən " kəlmələrini yazmağı , sevməyi öyrədən şəxs.İlk müəllim bir ana qədər şagirdlərinə qayğı , diqqət göstərir.Ona görə də heç vaxt yaddan çıxmır ,həmişə xatırlanır , yad edilir.İbtidai təhsil insan həyatında gələcəyə doğru addımladığı addımlardan biridir.Ona görə də bu addımları elə atmalıyıq ki , heç vaxt büdrəməyək.Bunun üçün də bizə ilk müəllimlərimiz köməklik göstərirlər.Biz də çalışmalıyıq ki, onların zəhmətini hədər etməyək , onların etimadını həmişə doğruldaq.31 may 2017-ci il tarixində məktəbin 1 b sinif şagirdləri sinif müəllimləri Gülnar Əliyevanın rəhbərliyi ilə "Birinciyik, hamının sevinciyik!"adlı bayram tədbirlərini qeyd etdilər.Gözəl tədbir hazırladıqları üçün Gülnar Əliyevaya və valideynlərə məktəb rəhbərliyi adından təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi