“İnsan Hüquqları Aylığı” çərçivəsində “Dəyirmi masa” keçirildi

Respublikamızda insan hüquqlarına dövlət tərəfindən xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli, 2231 nömrəli Sərəncamına əsasən hər il iyunun 18-i ölkədə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə hər il may ayının 18-dən iyun ayının 18-dək İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir. “İnsan Hüquqları Aylığı” çərçivəsində 24 may 2017-ci il tarixində məktəbin akt zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi.Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar Şöbəsinin şöbə müdirinin müavini ( dini qurumlarla işin təşkilatçısı) Vüsal Babayev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Pirallahı qəsəbə İƏD üzrə nümayəndəsi Rauf Əliyev, məktəb rəhbərliyi, yuxarı sinif şagirdləri iştirak etdilər. Diqqətə çatdırıldı ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” na uyğun olaraq dövlət orqanları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən Respublikanın bütün regionlarında insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən konfrans və müxtəlif tədbirlər təşkil olunur. Tədbir zamanı məktəbin 10 a sinif şagirdi Kamran Mustafayev “Uşaq hüquqları:Bərabər hüquq və imkanlarımız”, “Bəs uşaqlar nə üçün öz hüquqlarını bilməlidir?” mövzularında slayd təqtim etdi. Müzakirələr zamanı tədbir iştirakçılarının sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi