X-XI sinif şagirdlərinin Pirallahı rayonunda yerləşən hərbi hissənin zabit və əsgər heyəti ilə görüşü

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 09 aprel 2015-ci il tarixli 1467 -03/07 nömrəli məktubuna əsasən gənclərin hərbi xidmət həyatı ilə tanış olmaları üçün X-XI sinif şagirdlərinin zabit və əsgər heyəti ilə görüşlərinin keçirilməsi, hərbi hissələrdə şəxsi heyət üçün yaradılmış təlim-tədris və məişət şəraiti ilə tanış olmaları məqsədilə 9 oktyabr 2015-ci il tarixdə 186 №-li tam orta məktəbin X-XI sinif şagirdləri Pirallahı rayonunda yerləşən hərbi hissənin zabit və əsgər heyəti ilə görüş keçirmiş, təlim-tədris və məişət şəraiti ilə yaxından tanış olmuş, zabit və əsgərlər tərəfindən əyani olaraq göstərilən hərbi biliklərə yiyələnmişlər.Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.Görüşdə şagirdlərlə bərabər Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Yusibov , məktəbin direktoru Arif Xankişiyev və bir qrup müəllim heyəti də iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi