Diqqət uşaqlar

Məktəbyaşlı uşaqların, yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydaların bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir.186 №-li tam orta məktəbdə hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir.Növbəti tədbir 08 oktyabr 2015-ci il tarixdə məktəbin IV a sinfində keçirildi.Sinif müəllimi Həqiqət Nuriyeva Prometan lövhədə hərəkətin təhlükəsizliyinə aid videoçarx nümayiş etdirdi və nümayiş etdirilən mövzu uşaqlar tərəfindən çox maraqla qarşılandı.Xatırladım ki, məktəbdə yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə videoçarxın nümayişi digər ibtidai siniflərdə də davam etdirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi