"Azərbaycan muğamları" mövzusunda açıq sinif saatı keçirilib

17.05.2017-ci il tarixində məktəbin akt zalında IX a sinfi milli sərvətimiz olan "Azərbaycan muğamları" mövzusunda açıq sinif saatı təqdim etdi.Məktəbin riyaziyyat müəllimi və IX a sinfinin sinif rəhbəri Aygün Babayeva tədbir iştirakçılarına muğam haqqında məlumat verdi, daha sonra Heydər Əliyev Fondunun hazırladığı, muğam tarixini özündə əks etdirən "Muğam aləmi" adlı videoçarxı nümayiş etdirdi.Şagirdlərin muğamlarımız haqqında dərin məzmunlu çıxışları, B.Vahabzadənin "Muğam" poemasından hazırladıqları parçalar, IX a sinif şagirdi Mehralıyeva Lalənin ifasında "Sarı gəlin" mahnısı maraqla qarşılandı. Açıq sinif saatına 14 №-li musiqi məktəbinin kamança müəllimi İlham Aslanov, tar müəllimi Nadir Əmirov, nağara müəllimi Gəncum Ağayev və Şuşa şəhər musiqi məktəbinin xanəndə sinfinin beşinci sinif şagirdi Günel Allahverdiyeva dəvət olunmuşdu.Onların ifasında tədbir iştirakçıları "Şahnaz", "Çahargah" muğamları və xalq mahnılarını dinlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi