Əziz müəllimlər! Bayramınız mübarək!

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1994-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.Bu gün də hörmətli prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə və təhsil işçilərinə göstərdilkəri diqqət və qayğılıarını hissi edirik.Biz də məktəb kollektivi olaraq bu diqqət və qayğıdan ruhlanaraq Azərbaycan təhsilinin inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.Bu gün müəllimlərin peşə bayramıdır.Müəllimlərin bayramı ilə yanaşı bu gün bizim məktəbimizdə iki qat bayramdır.Çünki 5 oktyabr həm də məktəbimizin 1972-ci il məzunu, təcrübəli pedaqoq ,gözəl insan, qayğıkeş ana, hal-hazırda məktəbimizdə çalışan sevimli müəllimə Çerenkova Anna Pavlovlanın pedaqoji fəaliyyətinin 40 ili və anadan olmasının 60 illiyi tamam olur.Biz də 186 №-li tam orta məktəbin kollektivi olaraq Anna müəllimənin simasında müqəddəs və şərəfli peşə sahiblərini, bütün müəllimləri təbrik edir, onlara can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi