Yurdda sülh, cahanda sülh!

Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun. 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.21 Sentyabr “Beynəlxalq sülh günü” münasibətilə 186 №-li tam orta məktəbdə müxtəlif adda tədbirlər keçirilmişdir.Belə ki, 16-21 sentyabr 2015-ci il tarixlərində “Sülh naminə birləşək!” mövzusunda şagirdlərin əl işlərindən və müxtəlif fotolardan ibarət sərgi, sinif təşkilatı saatlarında 1) "Sülh deyəndə nə başa düşürsünüz?" , 2) "Sülh istəyirsiniz, ya müharibə?" ,3) "Sülhü necə bərqarar etmək olar?",4) "Sülh haqqında hansı əsərləri oxumusunuz?", 5) "Sülh quşu hansı quşdur?" ,6) "Hansı sülhməramlı beynəlxalq təşkilatları tanıyırsınız?" mövzularında söhbətlər, 21.09.2015 -“Göyərçinim, sülh quşum!” adlı ədəbi-bədii gecə, 21.09.2015 – “Biz qalib gələcəyik!” və “Azərbaycan sülhsevər xalqdır .” mövzularında yuxarı sinif şagirdləri qarşısında məktəbin tarix müəllimi Yaqub Hüseynovun məruzəsi , 21.09.2015- Məktəbin 6-cı sinif şagirdləri arasında "Yurdda sülh,cahanda sülh!" adlı idmanın "Yüngül atletika " növü üzrə yarış keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi