4 a sinfinin Bakı səyahəti

Sinifdənxaric və məktəbdənkənar tədbirlərdə həmişə fəal iştirak edən, ekskursiya və gəzintilərlə digər siniflərdən fərqlənən 4 a sinif şagirdlərinin növbəti ekskursiyaları valideynlərin dəstəyi və sinif müəllimləri Həqiqət müəllimin təşkilatçılığı ilə Muğam teatrına və Kukla teatrına olmuşdur. Ekskursiya zamanı uşaqlar məşhur muğam ustadları, Azərbaycan Respublikasının xalq artistləri Canəli Əkbərov və Razi Şirinovla görüşmüş, onlara müxtəlif suallar ünvanlamış, muğama və muğam ifaçılarına olan dərin sevgilərini bildirərək, məşhur sənətkarlarla xatirə şəkli çəkdirmişlər. Gəzintinin əsas məqsədi uşalarda milli musiqimizə, teatra maraq hissi,sevgi aşılamaq olmuşdur. Uşaqlar Bakı gəzintisi zamanı gündən-günə inkişaf edən, çiçəklənən doğma Bakımızın gözəlliyinə heyran qalmşlar. Biz də məktəb rəhbərliyi olaraq uşaqlarda doğma Vətənimizə, milli musiqimizə maraq hissi aşıladığı üçün Həqiqət müəllimə və ona göstərdikləri köməyə görə 4 a sinif şagirdlərinin valideynlərinə öz minnətdarlığımızı bildiririk. Uşaqlara dərslərində uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi