"Dilimiz,mənliyimiz" adlı tədbir

19 Fevral 2015-ci il tarixdə Bakı şəhəri, 186 №-li tam orta məktəbdə 21 Fevral “Beynəlxalq Ana dili günü “ münasibətilə “ Dilimiz, mənliyimiz” adlı tədbir keçirilmişdir.Tədbirdə məktəb rəhbərliyi, bir qrup müəllim və valideynlər və şagirdləri iştirak etmişdir.Məktəblilər Ana dilimizə həsr edilmiş bir-birindən maraqlı şeirlər, mahnılar, dahi şəxsiyyətlərin dil haqqında söylədikləri kəlamlar səsləndirmiş, rəqslər və səhnəciklər nümayiş etdirmişlər.Tədbirin sonunda məktəbin direktoru Arif Xankişiyev tədbiri hazırlamaqda əməyi keçənhər kəsə məktəb rəhbərliyi adından öz minnətdarlığını bildirərək qeyd etdi ki,Azərbaycan dili müstəqil dövlətimizin milli dilidir.Bu dil Allah tərəfindən bizə bəxş edilən ən gözəl nemətlərdən biridir.Ana dilimizin varlığı xalqımızın varlığı deməkdir.Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevməlidir. Ana dilini sevmədən Vətəni də sevmək mümkün deyil. Dili bilməsək, tarixi də bilmərik.Ona görə də doğma ana dilimizi sevməliyik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi