"Ən yaxşı dərs" layihəsi çərçivəsində açıq dərslər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təhsilə Dəstək Mərkəzinin təkilatçılığı ilə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərdə “Ən yaxşı dərs” layihəsi həyata keçirilir.Layihə çərçivəsində 01 may 2017-ci il tarixdə məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Təhsilə Dəstək Mərkəzinin əməkdaşlarının , Pirallahı rayonunun ümumtəhsil məktəblərinin bir qrup rəhbər və müəllim heyətinin iştirakları ilə Azərbaycan bölməsinin ibtidai siniflərində - Həqiqət Nuriyeva (texnologiya), Gülşən Cəbrayılova (İngilis dili), Təranə Cavanşirova (həyat bilgisi), Pərvanə Nağızadə (təsviri incəsənət), Gülbəniz Quliyeva (Azərbaycan dili) , Leyla Mustafayeva (riyaziyyat), Sevinc Məmmədova (informatika ) açıq dərslər təqdim ediblər.Sonda dərslər müzakirə edilib.Müzakirələr zamanı dərslər geniş təhlil olunub, uğurlar və çatışmayan cəhətlər qeyd edilib, müəllimlərə müvafiq tövsiyələr verilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi