"Azərbaycan gəncini necə görmək istəyirəm" mövzusunda seminar.

Bakı şəhəri, 186 №-li tam orta məktəbdə 2 Fevral “Gənclər günü” münasibətilə “Azərbaycan gəncini necə görmək istəyirəm” mövzusunda seminar keçirilmişdir. Seminar Azərbaycan Respublikasının Dövlət Himnin ifası ilə açıq elan olunduqdan sonra məktəbin direktoru Arif Xankişiyev 2 Fevral “Gənclər günü” münasibətilə şagirdləri təbrik etdi , onlara xoş arzu və təkliflərini bildirərək müasir Azərbaycan gəncinə göstərilən dövlət qayğısından danışdı. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova çıxış edərək bildirdi ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük sevinclə qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı öz təsdiqini tapmaqdadır.İndi Azərbaycan gəncləri dünyanın hər bir yerində təhsil alır , Azərbaycanı layiqincə təmsil edirlər.Azərbaycan dövləti ,hörmətli prezidentimiz cənab İlham Əliyev hansı sahədə olursa-olsun bacarıqlı, qabiliyyətli , savadlı gənclərə maddi – mənəvi dəstəyini əsirgəmir. Gənclərin problemlərinin həlli istiqamətində müəyyən işlər gprülür və görülməsi də davam etdirilir. Bu gün Azərbaycanın dilbər guşəsi Qarabağ düşmən tapdağındadır.Bu günün gənci sağlam həyat tərzi keçirməli , Vətənə layiqli , vətənpərər övlad olmalı, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etməlidir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri danılmazdır. Leyla xanım həm Rusiyada , həm də digər xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərlə tez-tez görüşlər keçirir, Azərbaycanın haqq səsini dünya gənclərinə çatdırır. Sonda seminarın mövzusu əsasında şagirdlərlə sual-cavab və qarşılıqlı depat aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi