186 №-li tam orta məktəbdə "Bilik günü"

Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi.Ümummilli liderimiz Heydər Əliyev deyirdi:"Mən müəllim adından böyük bir ad tanımıram."Xalqımız həmişə elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.Bu gün Azərbaycanda da təhsilə , təhsil işçilərinə Dövlətimiz tərəfindən , Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən böyük dəstək və qayğı vardır. Bu qayğını hər birimiz hiss edirik.15 sentyabr 2015-cil tarixində Azərbaycanın bütün ümumtəhsil məktəblərində olduğu kimi 186 №-li tam orta məktəbdə də "Bilik günü" münasibətilə tədbir keçirildi.Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşları, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.2015-2016-cı tədris ilində məktəbin 1-ci sinfinə ümumilikdə 62 şagird qəbul edilmişdir.Tədbirdə çıxış edənlər keçən tədris ilində qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışaraq, " Bilik günü " münasibətilə müəllim və şagirdləri təbrik etdilər, təhsilə göstərilən Dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.2015-ci ildə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan İlk Avropa Oyunlarından və onun uğurlarından danışdılar. Üçrəngli Azərbaycan bayrağının işğal altında olan ümumtəhsil məktəblərində dalğalanması arzusu ilə hamıya uğurlar!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi