"Şagirdlərdə oxuyub-anlama vərdişlərinin aşılanması və aparılmasına nəzarət"

22 aprel 2017-ci il tarixindən "Şagirdlərdə oxuyub-anlama vərdişlərinin aşılanması və aparılmasına nəzarət" mövzusunda təlim keçirilir. Təlimdə Pirallahı rayonunda yerləşən ümumtəhsil məktəblərinin VIII-IX siniflərində dərs deyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri iştirak edirlər. Təlim zamanı şagirdlərdə oxu texnikasının yoxlanılması, oxunun növləri, oxunun əhəmiyyəti və s.məsələlərə toxunulur, iştirakçılar bir-biri ilə fikir mübadiləsi aparır, qruplarla və cütərlə işləyərək təqdimatlar edirlər. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq. Qeyd edək ki, təlimçi məktəbin ibtidai sinif müəllimi Həqiqət Nuriyevadır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi