Pirallahı rayon müəllimlərinin sentyabr konfransı

12 sentyabr 2015-ci il tarixdə Pirallahı rayon 243 №-li tam orta məktəbin akt zalında Pirallahı müəllimlərinin 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanova verildi. Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıraraq ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı. Müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi. İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən, çatışmazlıqlardan söz açan natiq Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd etdi ki, ümumilikdə 2014-2015-ci tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 138 məzundan 97 abituriyent ali məktəblərə sənəd vermiş və ilkin nəticələrə görə bunlardan 58 nəfəri tələbə adını qazanmışdır. Sənəd verənlərə nisbətən qəbul faizi 60%-dən yuxarıdır ki, bu da respublika üzrə ümumi göstəricidən yüksəkdir. Pirallahı rayonu üzrə ən yüksək nəticə əldə etmiş 168 №-li tam orta məktəbin şagirdi Nurlan Tərlan oğlu Bünyatov 680 bal toplayaraq Ali Neft Məktəbinə daxil olmuşdur. Daha 6 nəfər Pirallahı rayon məktəblisinin nəticəsi 500 baldan yuxarıdır. 500 baldan yuxarı nəticə göstərən məzunlardan 3-ü məktəbimizin məzunlarıdır. Belə ki, Əsgərov Şahin İlham oğlu 568 balla ADİU-nə, Mustafazadə Ayşən Elşən qızı BDU-ya, Ağaquliyeva Leyla Şahin qızı 518 balla ADNA-ya qəbul olmuşlar. Ümumiyyətlə, 2014-2015-ci tədris ilində 27 şagird məktəbi bitirərək tam orta təhsil haqqında şəhadətnamə almış ,məktəbi bitirən məzunlardan 10 nəfəri Azərbaycan , 1 nəfəri Aımaniya , 1 nəfəri isə Belarusiya Ali məktəblərinə qəbul olaraq tələbə adını qazanmışlar. Konfransın sonunda yüksək nəticə göstərən rayon məktəbliləri Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışlar.Biz də məktəb kollektivi olaraq tələbə adını qazanan hər bir məzunu təbrik edir, uğurlarının davamını arzulayırıq. Qaşıdan gələn 15 Sentyabr "Bilik günü " münasibətilə bütün təhsil işçilərini təbrik edir, 2015-2016-cı tədris ilində can sağlığı, işlərində müvəfəqiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi