31-Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il" ilin gəlişi münasibətilə keçirilən tədbirlər

31-Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni ilin gəlişi” münasibətilə 26 dekabr 2014-cü il tarixdə Pirallahı rayonu ,186 №-li tam orta məktəbin akt zalında ibtidai sinif şagirdlərinin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə çıxış edərək məktəbliləri təbrik edən məktəbin direktoru Arif Xankişiyev bildirib ki, Dünya Azərbaycanlıların Həmrəylik Günü-Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Sonra tədbir ibtidai sinif şagirdlərinin şeir, mahnı ifalarının , rəqs və səhnəciklərinin nümayişi ilə davam etdirilib.Tədbirdə məktəblilər üçün ən xoş təsir bağışlayan hissə isə Şaxta baba ilə Qar qızın təbrikləri, rəqsləri ,keçirdikləri oyunları və hədiyyələri olub. 29 dekabr 2014-cü il tarixdə də məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə 31-Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni ilin gəlişi” münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə iştirak edən məktəb rəhbərliyi, müəllimlər və valideynlər şagirdlərin ifasında nümayiş etdirilən əyləncəli bayram proqramından razı qalmış, bu tədbirin ərsəyə gətirilməsində zəhməti olan hər bir şəxsə xüsusi minnətdarlıqlarını bildirmiş və yeni ildə onlara yeni-yeni uğurlar arzulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi