"Gənc nəslin tərbiyəsində yaşlı nəslin rolu " mövzusunda seminar.

11 dekabr 2014-cü il tarixdə Bakı şəhəri, Pirallahı rayonu 186 №-li tam orta məktəbdə “ Gənc nəslin tərbiyəsində yaşlı nəslin rolu” mövzusunda məktəbin 11-ci sinif şagirdləri ilə seminar keçirilmişdir.Seminarda ömrünün çox hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş müəllim, hal-hazırda Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov , məktəbin tarix müəllimi Yaqub Hüseynov və tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, rayonun bir qrup ağsaqqalları iştirak etmişdir.Seminarı giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direltor müavini Həcər Ramazanova açaraq qonaqları-rayonun ağsaqqallarını salamladı , onlara öz səmərli vaxtlarından istifadə edib gənc nəsli maarifləndirmək , öz həyat və iş təcrübələrindən nümunə göstərmək məqsədilə məktəbə gəldikləri üçün məktəb kollektivi adından dərin minnətdarlığını bildirdi. Onları məktəbdə görməkdən qürur hissi duyduğunu söylədi.Sonra o , sözü rayon ağsaqqallarına verdi və onlar da öz çıxışlarında gənc nəslə nümunə olacaq həyat və iş təcrübələrindən danışdılar, bugünkü uşaqlara göstərilən diqqət və qayğıda,onlar üçün yaradılan bu gözəl şəraitdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük rolu olduğunu qeyd etdilər və onun kimi bir şəxsiyyətin istər iş təcrübəsinin, istərsə də ailə həyatının hər bir Azərbaycan gəncinə nümunə , örnək olacağını bildirdilər. Gənclərə Vətənimizə, Ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevə, təhsil aldıqları məktəbə , valideynlərinə layiqli övlad olmalarını , pis vərdişlərdən uzaq durmalarını tövsiyə etdilər.Seminarda Ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi , onun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi