Biologiya fənni üzrə "Bilik yarışı" keçirilib

"Ekoloji aylıqlar" layihəsi çərçivəsində Bakı şəhəri ümumi təhsil məktəbləri üzrə aprel ayı "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" aylığı elan edilib."Ekoloji aylıqlar" layihəsi çərçivəsində məktəbdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.19 aprel 2017-ci il tarixdə məktəbin biologiya müəllimi Könül Qayıtmazovanın təşkilatçılığı ilə 8 a və 8 b sinif şagirdləri arasında biologiya fənni üzrə "Bilik yarışı" keçirilib."Bilik yarışı" nın ümumi nəticəsinə görə 8 a sinfinin "Ekoloqlar" komandası qalib olub. Qalib komandanın hər bir üzvü məktəb rəhbərliyi tərəfindən tərifnamə ilə təltif ediliblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi