Şagirdlərin ekskursiyaları davam edir

Uşaqların asudə vaxtlarının səmərəli təşkili olduqca vacib istiqamətlərdən biridir.İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi - nəzərindən böyük məna kəsb edir. Ailə və məktəb uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətil, istirahət və bayram günlərinin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhvali - ruhiyyə yaradır. Uşaqlar bir - biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər.Elə buna görə də məktəbimizdə uşaqların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq uşaqlar sinif rəhbərlərinin və valideynlərinin rəhbərliyi ilə ekskursiyalara, əyləncə mərkəzlərinə gedirlər.Növbəti dəfə 15 aprel 2017-ci il tarixində 8 a sinif şagirdləri məktəbin fiziki tərbiyə müəllimi Mübariz Xudaverdiyevin rəhbərliyi ilə "İçərişəhər Dövlət Qoruğu" na, "Qız qalası" na ekskursiyaya gedib, Bakı şəhərinin müxtəlif yerlərində gəzintidə olublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi