"Nəbatət bağı"na ekskursiya təşkil edilib

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi adı altında həyata keçirir. Bu məqsədlə yanvar ayından "Ekoloji aylıqlar" ın keçirilməsinə start verilib."Ekoloji aylıqlar" layihəsi çərçivəsində Bakı şəhəri ümumi təhsil məktəbləri üzrə aprel ayı " Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" aylığı elan edilib."Ekoloji aylıqlar" layihəsi çərçivəsində məktəbdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.Məktəbdə keçirilən tədbirlər, ekskursiyalarla yanaşı, məktəbin dəhlizində rəsm və yaradıcı əl işlərindən, foto-stendlərdən ibarət sərgi təşkil edilib.14 aprel 2017-ci il tarixində biologiya müəllimi Könül Qayıtmazovanın rəhbərliyi ilə 7-ci sinif şagirdləri Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Mərkəzi Nəbatət Bağında ekskursiya zamanı əyani olaraq bağ ilə tanış olublar, lazımi məlumatları əldə ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi