Arif müəllimin İKT-də uğuru

Azərbyacan Respublikası Təhsil Nazirliyinin sifarişi , "Təhsildə İnnovativ Texnologiyalar " mərkəzinin təşkilatçılığı ilə "Təhsil sisteminin inzibati -idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması" adlı təlimlər təşkil edilmişdir.Məktəbimizin direktoru , təcrübəli müəllim , gözəl insan Arif Rəhim oğlu Xankişiyev də da həmin təlimlərdə iştirak etmiş və yüksək nəticə əldə etdiyinə görə Azərbyacan Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikat və kompüterlə mükafatlandırılmışdır.Mükafatlandırma mərasimi 04 iyun 2015-ci il tarixində Bakı şəhəri , Park İnn otelində baş tutdu. Biz də məktəb kollektivi olaraq Arif müəllimlə bərabər mükafatlandırmada iştirak edən , uğur qazanan hər bir müəllimi təbrik edir , onlara can sağlığı və uğurlarının davamını arzulayırıq. Məktəb kollektivi adından və şəxsən öz adımdan Arif müəllimi , həm də qızı - məktəbimizin məzunu olmuş gözəl Səbinəmizin toy günü münasibətilə təbrik edirəm. Allah xoşbəxt eləsin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi